Modern.az

ABŞ-dən Beynəlxalq Cinayət Məhkəməsi hakimlərinə sərt sanksiya

ABŞ-dən Beynəlxalq Cinayət Məhkəməsi hakimlərinə sərt sanksiya

Dünya

19 Fevral 2026, 02:29

ABŞ, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) 11 hakim və rəsmisinə sanksiya tətbiq edib, onların kredit kartları bloklanıb, vizaları ləğv olunub və ölkəyə girişləri qadağan edilib.

Modern.az xəbər verir ki, sanksiya altındakı hakimlərdən Kimberly Prost və Luz del Carmen Ibáñez Carranza gündəlik bank əməliyyatları və ödənişlərlə bağlı ciddi çətinliklərlə üzləşiblər.

Hakimlər ABŞ tədbirlərinin həm maddi, həm də psixoloji təsirindən narahat olduqlarını bildirərək, bu cür təqiblərin qlobal hüquq sisteminə zərər verdiyini vurğulayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı