Modern.az

ABŞ İran bayrağı altında üzən tankerə qarşı əməliyyat keçirib

ABŞ İran bayrağı altında üzən tankerə qarşı əməliyyat keçirib

Dünya

20 May 2026, 22:23

ABŞ hərbçiləri Oman körfəzində İran bayrağı altında üzən neft tankerinə qarşı əməliyyat keçiriblər.

Modern.az xəbər verir ki, bu barədə "United States Central Command" (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin 31-ci Ekspedisiya Dəniz Piyada Qüvvələrinin hərbçiləri Oman körfəzində yerləşən “M/T Celestial Sea” adlı kommersiya neft tankerinə desant çıxarıblar. Tankerin ABŞ sanksiyalarını pozaraq İran limanına doğru hərəkət etdiyi ehtimal olunub.

Məlumata görə, ABŞ hərbçiləri gəmidə yoxlama apardıqdan sonra ekipaja marşrutu dəyişmək əmri veriblər. Daha sonra tanker sərbəst buraxılıb.

CENTCOM-un açıqlamasında qeyd olunub ki, ABŞ Silahlı Qüvvələri tətbiq edilən blokadanın icrasını davam etdirir. Bildirilib ki, indiyədək 91 kommersiya gəmisi bu tələblərin yerinə yetirilməsi məqsədilə istiqamətini dəyişməyə məcbur edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!