Modern.az

Kral III Çarlz ölüb?

Kral III Çarlz ölüb?

Dünya

20 May 2026, 22:44

Böyük Britaniyanın "Radio Caroline" radiostansiyası texniki səhv nəticəsində Böyük Britaniya Kralı III Çarlzın ölüm xəbərini yayıb.

Modern.az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.

Bildirilib ki, həqiqəti əks etdirməyən xəbər efirə verildikdən sonra radiostansiyanın yayımı təxminən 15 dəqiqəlik dayandırılıb. Daha sonra aparıcılar efirə qayıdaraq dinləyicilərdən üzr istəyiblər.

Radiostansiya nümayəndələri bildiriblər ki, yanlış məlumat “kompüter xətası” səbəbindən yayımlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!