Modern.az

İsrail səfiri XİN-ə çağırıldı

İsrail səfiri XİN-ə çağırıldı

Dünya

Bu gün, 21:19

srailin Fransadakı səfiri Coşua Zarka Sumud donanmasının fəallarının alçaldılması ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılacaq.

Modern.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

“İsrail milli təhlükəsizlik n Ben-Qvirin Sumud donanmasının iştirakçılarına qarşı davranışı, hətta İsrail hökumətindəki həmkarları tərəfindən belə pislənilib. Mənim əmrimlə İsrailin Fransadakı səfiri qəzəbimizi bildirmək və izahat tələb etmək üçün Xarici İşlər Nazirliyinə çağırıldı”, - deyə Fransa diplomatiyasının rəhbəri Telegram kanalında yazıb.

O əlavə edib ki, Parisin fəalların təşəbbüsünü rəsmi şəkildə rədd etməsinə baxmayaraq, Fransa hakimiyyəti yenə də həmvətənlərinin təhlükəsizliyinə diqqət yetirir: "Onlara hörmətlə yanaşmaq və mümkün qədər tez azad etmək lazımdır".

Daha əvvəl Ben-Gvir Fələstini dəstəkləyən fəalların saxlanılmasının videosunu yayımlamışdı. Görüntülərdə İsrail təhlükəsizlik qüvvələrinin onlara alçaldıcı rəftar etdiyi görünür. İsrailin Baş naziri Benyamin Netanyahu milli təhlükəsizlik nazirini videonu yayımladığına görə tənqid edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı