Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanda bildirilir.
Fərman oktyabrın 5-də qüvvəyə minəcək.
V.Putinin digər fərmanı ilə, Xarici Kəşfiyyat Xidmətinin hazırkı rəhbəri Mixail Fradkov təqaüdə göndərilib.
Ağa AKİFOĞLU