Modern.az

Polis Akademiyasına sənəd qəbulu başlayıb

Polis Akademiyasına sənəd qəbulu başlayıb

Ölkə

1 Mart 2011, 20:14


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 2011-2012-ci tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə müdavimlərin qəbulunu elan edib. Modern.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
DİN-in Polis Akademiyasına qəbula namizədlər - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi hərbi komissarlıqda qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli 16 yaşdan 18 yaşadək Azərbaycan Respublikasının vətəndaşları (abituriyentlər) sırasından seçilirlər.

Abituriyentlər fiziki hazırlıq, xüsusi-həkim və seçmə komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma  - 6 dəfə; qaçış - 100 metr məsafəyə - 15 saniyə və 1000 metr məsafəyə - 4 dəqiqə; qolların üzərində bədənin döşəmədən qaldırıb-endirilməsi - 18 dəfə; gövdənin döşəmədən qaldırılıb-endirilməsi - 18 dəfə).

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı qəbul imtahanlarında iştirak etmələri üçün  Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.  
İmtahanlar test üsulu ilə 3-cü qrup fənləri üzrə Azərbaycan və rus dillərində, tədris isə yalnız azərbaycan dilində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanlarını izləməlidirlər.

Polis Akademiyasına qəbul olunmuş abituriyentlər dövlət hesabına yeməklə, geyim forması və yataqxana ilə təmin edilirlər. Təhsil müddəti 5 ildir.

Məzunlara "hüquqşünas" ixtisası və "polis leytenantı" xüsusi rütbəsi verilərək daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2011-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər Polis Akademiyasına qəbul edilmirlər.

Polis Akademiyasına qəbul üçün yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan abituriyentlər Daxili İşlər Nazirliyinə (Bakı ş. Azərbaycan prospekti 7), respublikanın digər şəhər və rayonlarında qeydiyyatda olan abituriyentlər ərazi polis idarə və şöbələrinə aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti)*;

təhsil müəssisəsinin buraxılış sinifində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya orta təhsil haqqında sənəd (attestat);

yaşayış yeri üzrə poliklinikadan DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

* - bu sənədlərin surəti notarial qaydada təsdiq olunmalıdır.

çağırış məntəqəsinə təhkim edilmə vəsiqəsi (əsli və surəti)*;

təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda);

Ərizə və sənədlərin qəbulu mart ayının 1-dən aprel ayının 20-dək olan müddətdə (şənbə, bazar və bayram günlərindən başqa) hər gün saat 1000-dan  1700-dək həyata keçiriləcəkdir. Məlumat üçün əlaqə telefonları: (012)-590-97-76, (012)-590-99-47.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı