Modern.az

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

Media

Bu gün, 16:42

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının bugünkü iclasında İTV-nin baş direktoru seçilib.

Modern.az xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə Balakişi Qasımov yenidən - 3-cü dəfə İTV-nin baş direktoru vəzifəsinə təsdiqlənib.

Bu barədə İTV-nin İctimai-Siyasi Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu sosial şəbəkə hesabında məlumat yayıb.

Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə 11 iddiaçı vardı:

1. Əhmədov Ayxan Əbdül Kərim oğlu
2. Əzimov Tural Qürbət oğlu
3. Məmmədzadə Tural Sahib oğlu
4. Qulamov Arzu Aydın oğlu
5. Baxşıyeva İlhamə Rafiq qızı
6. Məmmədov Fikrət Alı oğlu
7. Qasımov Balakişi Ələkbər oğlu
8. Şahsuvarov Taleh Novruz oğlu
9. Nağıyev Anar Əlişah oğlu
10. Əliyeva İlahə Xudu qızı
11.  Cəfərov Əli Sucəddin oğlu

Baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı