Modern.az

Olduğu kimi görünmək insana daim əziyyət verir...

Olduğu kimi görünmək insana daim əziyyət verir...

Country

15 Mart 2011, 11:43

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, bu problemin kökundə insanın daxili aləmi, dünyagörüşü, savad səviyyəsi ilə istəklərinin biri-birinə uyğun gəlməməsi dayanır. Onun sözlərinə görə, insanlar bəzən dəbin mahiyyətinə yox, onun formasına varır: “Düşünür ki, bahalı maşında gəzsə, bahalı kostyum geyinsə və bahalı telefon gəzdirsə daha çox hörmət qazanacaq”.

Deputat deyib ki, bu kimi xüsusiyyətlər öncül həyatda az nailiyyətlər əldə etmiş, amma özünü daha çox nailiyyət sahibi kimi göstərən insanlara xasdır: “Bu primitiv dünya görünüşü və primitiv təfəkürün məhsuludur. Dünya görmüş və savadlı insanlar bir o qədər də dəbə uymurlar. O insanların buna ehtiyaçı yoxdur. Çünki o özünü artıq elmi ilə təsdiq edib”.

 

M.Quliyev bildirib ki, bu problemin səbəblərindən biri də insanların nail ola bilmədikləri, ancaq görünmək istədiklərindən də doğan bir məsələdir: “Bu xüsusiyyət yalnız Azərbaycan üçün xarakterik deyil, ümumi bəşəri insanların düşüncə və dünyagörüşü ilə bağlıdır. Bu xüsusiyyəti gənc nəslin nümayəndələrinə qismən də olsa, bağışlamaq olar, ancaq yaşlı insanlarda belə davranışlar onu göstərir ki, bu cür insanlar həyatda uğursuzdurlar”. 

 

Millət vəkilinin sözlərinə görə, parlament təmsilçiləri arasında da bu çür insanlar var. “Tanıdığımız o qədər insanlar-hətta parlamentdə deputatlar da var ki, onlar olduqları kimi deyil. Bunu hamı bilir ki, o özü deyil. Hətta onun cıxışı da öz çıxışı deyil. Sadəcə olaraq o, arzu etdiyi məqama çata bilmir və arzusunda olduğu kimi davranır. Bu dünyagörüş, daxili mədəniyyətlə və savadla bağlı bir məqqamdır. Sizin saytda  “Zövqlə geyinən deputatlar” başlıqlı yazı dərc edilmişdi. Düzü, mənim o yazıya gülməyim gəldi. Ancaq o yazıdan sonra bir çox deputatlar libasını dəyişdi. Bunu müşahidə etsəydiniz görərdiniz”.

 

Jurnalist-psixoloq Azər Qaraçənli isə bildirir ki, bu problemin bir sıra səbəbi var: “Bu problemin səbəblərindən biri insanin təbiəti ilə bağlıdır. İnsanın təbiəti ikilidir və ikili təbiətə malik olduğuna görə, bioloji instiklərini kor-korənə idarə edən bir varlıq deyil. Bu instiklər üzərində insanın şüuru və mənəviyyatı var”.

 

Müsahibimiz hesab edir ki,  insanın olduğu kimi görünmək istəməməsinin bir başqa səbəbi isə ictimai mühitlə bağlıdır: “Cəmiyyətin bəyəndiyi və bəyənmədiyi-milli, dini xüsusiyyətlər, başqa peşə ilə bağlı xüsusiyyətlər var. Bundan əlavə, dövrün aşıladığı xüsusiyyətlər-qəhrəmanlıq, fədakarlıq, hazırcavablıq, utancaqlıq, həyasızlıq kimi xüsusiyyətlər də muhüm təsir göstərir. İnsanın düşdüyü rəngarəng mühitdə  xarakteri formalaşır. Bəzən insan cəmiyyətin qoyduğu tələblər ilə özünün qoyduğu tələblər arasında öz kökünü müəyyənləşdirmək məcburiyyətində qalır. Bəzən qorxaq olsa da, cəsarət göstərməyə məcbur olur. Cəsarətli olsa da qorxmaq görünmək məcburiyyətində qalır. Bəzən utancaq olsa da,  həyazızlıq edir, həyasız olsa da, utancaqlıq göstərir”.

 

A.Qarəçənli hesab edir ki, ümumiyyətlə, insanın özü kimi olmaması məsələsi tarixdə ən ciddi məsələlərdən biridir: “Bütün insanlar özləri kimi ola bilsələr, əslində tarixi proses sona çatar. Daha doğrusu, tarixin elə bir mərhələsi başlayar ki, ondan sonra dünyanın varlığını davam etdirmək əhəmiyyəti də qalmaz. Bəlkə də ola bilsin insanın qarşısında ən böyük vəzifə özü kimi olmaqdır. Amma özü kimi olmaq məsələsini kim necə qavrayır? Bu, təhlükəli məsələdir. Özü kimi olmaq məsələsinə elə bir məna verməliyik ki, o cinayətlərə, qətillərə, başqa zorakılıqlara haqq qazandıran məsələyə çevrilməsin”.

 

A.Qarəçənli sözlərinə görə, elə bu baxımdan özü kimi olmaq ideyasını ancaq mənəvi mənada başa düşmək lazımdır: “Özü kimi görünmək insanın özünə  daim əziyyət verən bir məsələdir və hər bir insan olduğu kimi görünə bilməz. Özünü başqa cür göstərən adamların isə  həyatlarında çox ciddi psixoloji gərginliklər yaranır. Bir çox ədəbiyyat əsərləri əslində bu gərginlik haqqındadır. Bir sıra dövrlərdə insanın özü kimi olmağa çağırılması mədəni inqilablara gətirib çıxarıb”.

 

Bu gün dünyanın sivil ölkələrində əxlaqi mənada ictimai nəzarətin zəif olduğunu deyən jurnalist-pisxoloq A.Qaraçənlinin sözlərinə görə, ətrafın insana təsiri güclü olsa da, ətrafın təzyiqindən azad olmaq cəhdlərinin nəticə verdiyini də görmək mümkündür: “Tolstoyun bir sözü var ki, azaqdlıq onda olmayacaq ki, küçədə heç kim biədəb hərəkət etməsin.  Azadlıq onda olacaq ki, kimsə biədəb hərəkət edəndə heç kim cevrilib ona baxmayacaq. Bir az qeyri-adi geyinəndə ətrafdakılar gözünü zilləyib baxır, bu primitiv cəmiyyətlərə aiddir. İnkişaf etmiş cəmiyyətlərdə başqasının azadlığına, başqasının həyatına mane olmayan hallara heç kim nəzarət etmək fikrinə düşmür”. 

A.Qaraçənli hesab edir ki,  bu gün Şərq dünyasında insanın özü kimi olması daha çətindir, nəinki Avropa ölkələrində.

 

Sədaqət SÜLEYMANOVA   

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı