Modern.az

Barak Obama İlham Əliyevə və Serj Sərkisyana zəng edib

Barak Obama İlham Əliyevə və Serj Sərkisyana zəng edib

Ölkə

24 İyun 2011, 09:49

ABŞ prezidenti Barak Obama iyunun 23-də gecə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyana zəng edib. Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, prezidentlərlə telefon söhbətində Obama Ermənistan, Rusiya və Azərbaycanın dövlət başçıları arasında bu gün gözlənilən üçtərəfli görüşə mühüm əhəmiyyət verdiyini bildirib.
O, Kazanda irəliləyişin əldə olunmasının vacibliyini vurğulayıb və tərəfləri kompromisə getməyə çağırıb.
ABŞ prezidenti Azərbaycan və Ermənistan dövlət başçılarını münaqişənin həllinə dair baza prinsiplərini təsdiq etməyi tövsiyyə edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon söhbətində Amerika Birləşmiş Ştatlarının dövlət başçısıAzərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçiriləcək görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində münaqişə tərəfləri üçün həlledici addımın atılmasının önəmli olduğunu bildirib, münaqişənin Helsinki prinsipləri - güc işlətməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və öz müqəddəratını təyinetmə prinsipləri əsasında həll edilməsinin vacibliyini qeyd edib.
Söhbət zamanı ikitərəfli münasibətlər və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı