Bu gün Azərbaycan ordusunun ilk uğursuz əməliyyatı olan “Daşaltı əməliyyatı”ndan 20 il ötür. 1992-ci il yanvarın 26-da keçirilən hərbi əməliyyat zamanı Azərbaycan Ordusunun itkiləri çox olsa da, əsgərlərimiz son ana qədər vuruşublar. Təkcə ilk könüllülərdən ibarət tabor 77 şəhid verib.
“Daşaltı əməliyyat”ı uğursuzluqla nəticələnib.
Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və
“Mənim əməliyyatın hazırlanmasından xəbərim olsaydı, “Daşaltı əməliyyatı”nın keçirilməsinə imkan verməzdim”. Bunu ANS PRESS-ə açıqlamasında sabiq müdafiə naziri, 20 il əvvəl isə Azərbaycan Ordusunda özünümüdafiə dəstələrinin komandanı vəzifəsini tutan Dadaş Rzayev deyib. Onun sözlərinə görə, “Daşaltı əməliyyatı” keçiriləndə - 1992-ci il yanvarın 26-da Lənkəranda ezamiyyətdə olub: “Mən Bakıda deyildim. O vaxt rus qoşunlarının Azərbaycandan çıxmağa başladığı dövr idi. Mən Lənkəranda nəzarət edirdim ki, onlar hərbi texnikanı da özləri ilə aparmasınlar”.
Dadaş Rzayev hesab edir ki, “Daşaltı əməliyyat”ına ehtiyac olmayıb. Çünki Daşaltı kəndinin azad edilməsi və ya onun ətrafında hər hansı hərbi əməliyyatın aparılmasının
"Daşaltı" əməliyyatının iştirakçısı Niyazi Quliyev deyir ki, "Daşaltı" əməliyyatında ölən əsgərlərimizin qanı yerdə qalıb.
"O döyüşdə şəhid olmuş insanların bu gün də qanı yerdədir. Biz and içmişdik ki, o qanı yerdə qoymayacağıq. Erməni sülhlə torpağı bizə verməyəcək", deyə N.Quliyev bildirib.
Onun sözlərinə görə, həmin döyüşdə Azərbaycan tərəfi daha çox itki versə də, ermənilərdən də 80 nəfər öldürülüb.
"O vaxt "Vesti" kanalı bunu göstərmişdi,
Modern.az