Modern.az

Göydən gələn fəlakətdi..?

Göydən gələn fəlakətdi..?

کشور

31 Yanvar 2012, 14:21

Bu gün bütün Yer kürəsində anomal hadisələr artıb. Baş verən güclü zəlzələlər, qasırğalar, tufanlar, sunamilər, Yerin altından gələn səslər və s. Təbii ki, hər kəs bunun fərqindədir və indi dünya insanını düşündürən əsas məsələlərdən biri də, təbii sərvətlərinə divan tutduğu Yer kürəsində bu anomal hadisələrin dünyanın sonunu gətirib – gətirməyəcəyi ilə bağlı fikirlərdir. Dünya insanı qloballaşan dünyanını qlobal problemlərini düşünsə də, bu gün Azərbaycan insanı başqa problemlə üz-üzədir. Son bir həftədə ölkədə qışın özünün sərt necə lazımdı göstərməsi, Azərbaycan insanının əsəbini tarıma çəkib. Sanki göydən yağan qar deyil, fəlakətdi. Soruşa bilərsiniz ki, niyə? Bu gün qar təkcə Azərbaycanamı yağır? Təbii ki, yox...

Babalarımız qarın yağmasını həmişə ruzi, bərəkət əlaməti kimi yozublar. Amma bu gün Azərbaycan insanı göydən gələn bu bərəkətin, ruzinin sevincini ya.aya bilmir. Niyəsi də hamıya bəllidir. Çünki yerdə  5 sm qar olmasa da, insanlar üçün ən azı 5 problem var.

Bakıya qar yağırsa, demək, istilik yoxdur. Qar yağırsa, qaz da yoxdur. Evində smart kartı olanların qazı “borca” görə kəsilib. Baxmayaraq ki, artıq bizim insanların smartkart barədə anlayışı çoxdan var.

 Qar yağırsa, yeriməyə yol axtarma. Adi günlərdə küçədə təkcə avtomobilləri deyil, adamları belə ayaqlayıb keçən avtobuslar ya yoxdu, ya da can verə-verə işləyir.

Qar yağırsa, içməli su haqqında fikirləşmə, qışa hazırlıq zamanı “yenilənən” xətlər donub.

Qar yağırsa, işıq da yoxdur. Zatən bizlər adi külək əsməsindən də işıqların sönməsinə, ya da hansısa təzə adlandırılan köhnə kabellərin sıradan çıxmasına öyrəncəliyik...

Siyahını uzatmaq da olar...

Amma bu qar yağışının insanlara gətirdiyi yalnız sosial problemlər deyil. Bu günlərdə insanların əsəblərini tarıma çəkən evlərində dona-dona sabahkı günün necə olacağının düşüncələri deyil. Həm də  işıqlar yanandan - yanana  bəzi rəsmilərin televiziya ekranlarında özlərinə işgüzar görkəm verərək “görülən işlər” barəsindəki açıqlamalardır.  Düzdür, bəzi rəsmilər yolların təmizlənməsi və küçələrdə ağır texnikaların (bu texnikaları görən olsa, lütfən şəklini çəkin) işlədiyini söylərkən üzlərini kameradan yana tutaraq, elə öz blokunun ağzındaca ayağı buzda sürüşüb qıçı sınan tamaşaçının gözünün içinə baxmaqdan yayınırlar. Amma yenə də yalan söyləməkdə davam edirlər.

Bu gün Azərbaycan inkişaf edən bir ölkədir. Şükürlər olsun ki, bəzi ölkələrin yaşadığı problemləri biz yaşamırıq. Azərbaycan dünya ölkələri sırasında öz yerini tutmağa çalışır. Amma nə yazıqlar olsun ki, bizim bəzi məmurların fəaliyyəti təkcə insanların əsəbləri ilə oynamağa deyil, həm də inkişafda olan bir ölkənin imicinə adi xırda problemləri vaxtında həll etməməklə ziyan vurmağa yönəlib. Fakt göz önündədir. Belə olmasaydı, ölkəmizə qar yağması haqqında xəbərlər insanlar üçün fəlakətə çevrilməzdi.

Bütün havalarda insanlarımıza can sağlığı arzusu ilə...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı