
Son vaxtlar ayrı-ayrı internet mediasında müxalifətin “kölgə kabineti” ilə bağlı müxtəlif siyahılar dərc olunur. Həmin siyahılar isə hakimiyyətə gəlmək iddiasında olan müxalifətə qeyri-ciddi imic gətirir desək, yanılmarıq.
Modern.az-ın məlumatına görə, ana müxalifətin əsas lideri olan Müsavat başqanı İsa Qəmbər də nəhayət bu məsələyə münasibət bildirib.
“Orta məktəbdə riyaziyyat müəllimimiz tez-tez deyərdi ki, sağ qulağı sol əllə qaşımağa ehtiyac yoxdur. Bir müəllimimiz də vardı, özü sağ qulağını sol əliylə qaşıyardı...
İndi kimlərsə sağ qulağını sol əllə qaşıya-qaşıya bizə dərs verməyə qalxanda, kimlərsə bizim əvəzimizə "kölgə kabineti" hazırlayanda müəllimlərim yadıma düşür...”-deyən İsa Qəmbər mətbuatda təqdim olunan müxalifətin “kölgə kabineti”nin siyahılarına rişxənd edib.
Modern.az