Modern.az

Kürdəmirdə Kürün səviyyəsi 15 sm qalxıb

Kürdəmirdə Kürün səviyyəsi 15 sm qalxıb

Страна

14 May 2010, 10:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dünən bəyan etmişdi ki, may ayının 16-dək, əsasən, gecə və axşam saatlarında ölkənin bəzi rayonlarında, eyni zamanda, Gürcüstan ərazisində gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda, o cümlədən Kür və Araz çaylarında yüksək sululuğun davam edəcəyi, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Modern.az-ın məlumatına görə, bu gecə Kürdəmir ərazisində Kür çayının səviyyəsi 15 sm qalxıb. Məlumatı saytımıza hazırda rayonda olan deputat Fərhad Qəribov verib. Onun sözlərinə görə, Kürdəmirin qrunt suları qalxan kəndlərində təhlükəsizlik tədbirləri davam etdirlir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı