Modern.az

Erməni təzavüzünün 4090 nəfər itkin qurbanı...

Erməni təzavüzünün 4090 nəfər itkin qurbanı...

Страна

25 Sentyabr 2010, 13:44

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun məlumatına görə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının ümumi sayı hazırda 4090 nəfər təşkil edir. Onlardan 252 nəfəri qadınlardır. Həmin 252 qadının yalnız 46 nəfərinin girov götürülməsi barədə şahid ifadələri mövcuddur.

Bundan başqa, təcavüz nəticəsində əsir-girov götürülmüş və sonradan azad olunmuş şəxslərin sayı 1397 nəfərdir ki, onlardan da 343 nəfəri qadındır.  

Modern.az-ın məlumatına görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış humanitar problemlə bağlı yayılan qeyri-dəqiq məlumatlardan narahatdır.
Dövlət Komissiyasıbəyan edib ki, əsir, girov və itkinlər problemi ilə bağlı məlumatları yayarkən yalnız Komissiyanın rəsmi rəqəmlərinə istinadə edilməlidir.

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı