Modern.az

“Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək

“Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək

Education

11 Mart 2011, 18:09

ADRNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə 18-28 mart 2011-ci il tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək. Modern.az xəbər verir ki, həmin müddətdə istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi üçün birlik tərəfindən zəruri tədbirlər həyata keçirilib. Növbəlilik əsasında 24 saat iş rejiminə keçilməklə bərabər 104 və 185 nömrəli telefonlar da abonentlərin fasiləsiz istifadəsində olacaq. “Azəriqaz” İstehsalat Birliyi hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı