Modern.az

YAP-dan Milli Şuranın dialoq çağırışına cavab verildi

YAP-dan Milli Şuranın dialoq çağırışına cavab verildi

Education

27 İyun 2013, 14:46

“Yalnız qeydiyyatdan keçmiş qurumlarla danışıqlara hazırıq”

“Biz rəsmi qeydiyyatdan keçmiş siyasi partiya və qurumlarla hər an dialoqa hazırıq”. Bunu Modern.az-a açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Milli Şura ilə hakimiyyət arasında dialoq mühitinin perspektivindən danışarkən bildirib. YAP rəsmisi qeyd edib ki, cəmiyyətdə müəyyən mənada rəsmi şəkildə fəaliyyət göstərən ictimai-siyasi qurumlarla dialoq aparmağa hazırdırlar.

“Biz dialoq mühitində də fəaliyyət göstəririk”.

Xatırladaq ki, “El” Hərəkatı Ali Məclisinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev Modern.az-a açıqlamasında hakimiyyətlə hər müzakirələrə hazır olduqlarını bəyan edib.  

Aqşin KƏRİMOV
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı