Modern.az

Borçalı əsilli ziyalılardan Zəlimxan Məmmədliyə ETİRAZ - SİYAHI

Borçalı əsilli ziyalılardan Zəlimxan Məmmədliyə ETİRAZ - SİYAHI

Education

20 Sentyabr 2013, 17:14

““Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli son zamanlar mütəmadi olaraq müxtəlif mətbuat orqanlarmda cəmiyyətin nizamnaməsi ilə heç cürə uyuşmayan siyasi bəyanatlarla çıxış edir. Bu da Borçalı əsilli vətəndaşlarımız arasında ciddi narazılıqlara səbəb olur”.

Bu sözləri Borçalıdan olan ziyalılar Zəlimxan Məmmədlinin seçkilərdə Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəkləyəcəyi barədə açıqlamasına cavab olaraq bildiriblər.

Onların Modern.az saytına göndərdikləri bəyanatda bildiriblər ki, Z.Məmmədli son mətbu bəyanatında özünü sığortalamağa cəhd etsə də, onun məhz “Borçalı” cəmiyyətinin sədri statusunda çıxış etməsi səsləndirdiyi mövqeyin siyasi olduğunu və cəmiyyətin siyasiləşdıyini sübut edir.

”Bu yolverilməz haldır. Cəmiyyətin təsisçisi və Ağsaqqallar Şurasımn sədri Eyvaz Borçalı Zəlimxan Məmmədlinin son bəyanatına öz kəskin etirazını bildirib. Görkəmli ziyalımızm haqqa söykənən mövqeyi Gürcüstan əsilli insanlarımızın çox böyük əksəriyyətinin ürəyincə olub.

Biz aşağıda imza atan Borçalı əsilli ziyalılar inam və qətiyyətlə bəyan edirik ki, cəmiyyətdə təmsil olunan və olunmayan həmyerlilərimizin mövqeyi Zəlimxan Məmmədlinin sərgilədiyi mövqe ilə qətiyyən üst-üstə düşmür. Bu səbəbdən biz “Borçalı” cəmiyyətinin siyasiləşdirilməsinin qəti əleyhinə olduğumuzu bildirir, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkə daxilində apardığı böyük quruculuq işləri ilə yanaşı, Gürcüstanda yaşayan soydaşlarımıza ardıcıl qayğısı və diqqəti sayəsində orada apanlan möhtəşəm işlərə rəğmən qarşıdakı seçkilərdə onun namizədliyini dəstəklədiyimizi bəyan edirik.

Zəlimxan Məmmədliyə isə tövsiyəmiz budur ki, bir fərd olaraq öz siyasi mövqeyini ortaya qoyarkən “Borçalı” cəmiyyətinin sədri statusu ilə çətirlənməsin və cəmiyyətin nizamnamə müddəalanna sayğı ilə yanaşsın”.


Bəyanata aşağıdakı şəxslər imza atıblar:

1. Maqsud Əliyev - Az.MEA həqiqi üzvü

2. Çingiz Qacar - Az.MEA həqiqi üzvü

3. Ramiz Məmmədov - Az.MEA müxbir üzvü

4.  Səlahəddin Xəlilov - Az.MEA müxbir üzvü

5.  Zəlimxan     Yaqub - Xalq şairi

6.  Arif Əmrahoğlu - Tənqidçi-fıloloq, AYB-nin katibi

7.  Hamlet İsaxanlı – Professor

8.  Şəmistan     Həsənli – Professor

9.  Abdulla Mehrabov – Professor

10. Şəmistan    Mikayılov – Professor

11. Hidayət Nuriyev – Professor

12. Tahir          Pənahov – Professor

13. Akif           Bayramov – Professor

14. Əlişir Musayev – Professor

15. Sahib Musayev – Professor

16. Mədət Çobanov – Professor

17. Kamil         Qəhrəmanov – Professor

18. Niyazi        Mursaqulov – Professor

19. Vaqif         Nəbiyev - Tarix elmləri doktoru

20. Kərəm       Məmmədli - Tarix üzrə fəlsəfə doktoru

21. Həsən        Vəliyev - Fizika-Riyaziyyat elmləri namizədi

22. Qəzənfər    Orucov - Fizika-Riyaziyyat elmləri namizədi

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı