Modern.az

Fuad Muradov: “Nurçu deputat” olmağımla bağlı ANS-in hazırladığı sujet cəfəngiyyatdır”

Fuad Muradov: “Nurçu deputat” olmağımla bağlı  ANS-in hazırladığı sujet cəfəngiyyatdır”

Образование

27 Fevral 2014, 11:16

“ANS-n “Xəbərçi” proqramında dünən yayımlanan  “nurçu deputatların siyahısı” ilə bağlı sujetdə adımın çəkilməsinə görə  telekanal rəhbərliyinə öz etirazmı bildirmişəm. Dünən Xocalı soyqırımının  ildönümü ilə bağlı sıx iş qrafikim səbəbindən telekanalın müvafiq sorğusunu cavablandırmaq imkanım olmayıb. Amma bu heç bir halda mənim guya suala susmaqla cavab verməyim anlamına gələ bilməz”.

 

Bu sözləri Milli Məclisin deputatı Fuad Muradov ANS telekanalının onun adını “nurçu deputatlar siyahısı” adlı sənəddə çəkməsinə münasibət bildirərkən deyib. Deputat bildirib ki, onun “nurçu” adlandırılan kəsimlə heç bir əlaqələri yoxdur və bu barədə yazılanlar tamamilə cəfəngiyyatdır. “Telekanalın xəbəri yoxlamadan, münasibətimi öyrənmədən efirə verməsi təəsüf doğurur. Mən bir daha bu iddianı rədd edirəm”-deyə F.Muradov bildirib.

 

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı