Modern.az

Eks-prezidentin oğlu axtarışa verildi

Eks-prezidentin oğlu axtarışa verildi

تحصیلات

18 Aprel 2014, 13:42

Ukrayna Təhlükəsizlik Xidməti keçmiş prezident Viktor Yanukoviçin böyük oğlu Aleksandr Yanukoviç barəsində axtarış elan edib. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, eks-prezidentin oğlunun anketi “Hakimiyyət orqanlarından gizlənən şəxslər” bölməsinə yerləşdirilib. Yanukoviç 2014-cü il fevralın 24-dən yoxa çıxıb. O, sənədləri saxtalaşdırmaqda şübhəli bilinir.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti keçmiş prezident Viktor Yanukoviçi, keçmiş baş prokuror Viktor Pşonkanı və daxili işlər naziri Vitali Zaxarçenkonu  qəsdən adam öldürmək ittihamı ilə axtarışa verib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı