Modern.az

Hər 100-cü müştəriyə “Alov” hədiyyə olunacaq - FOTO

Hər 100-cü müştəriyə “Alov” hədiyyə olunacaq - FOTO

Təhsil

24 Sentyabr 2014, 14:31

Bu gün “Bakcell” şirkəti iki yeni Müştəri Xidmətləri Mərkəzinin açılşını  və yeni “Alov” smartfonlarını təqdimatını keçirib. Modern.az xəbər verir ki, Ü.Hacıbəyov 48 ünvanında, Sahil Bağının yanında yerləşən bu iki mərkəzdən biri xüsusi olaraq Gold tarifində olan abunəçilər üçün nəzərdə tutulub. Burada “Bakcell”in korporativ abunəçilərinə tam çeşiddə xidmətlər təqdim olunacaq. Şirkətin əvəllər Nizami 103 ünvanında yerləşdiyi Müştəri Xidməti Mərkəzi abunəçilərin yaddaşında “sahil ofisi” kimi qalan “Bakcell” şirkətinin yenidən qurulan mərkəzinə köçrülüb.  Bu mərkəz həm də, “Bakcell”in ən böyük Müştəri Xidmətləri Mərkəzi olacaq. Şirkətin yeni açılan mərkəzinə 7 gün ərzində gələn hər yüzüncü abunəçiyə yeni “Alov” smartfonu hədiyyə edəcək. 

Şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib ki, yenidən “Bakcell”in doğma ofisində olmaqdan məmnundurlar: “Biz xidmət şəbəkələrimizi genişləndiririk. Bir neçə ay əvvəl Şəki şəhərində də mərkəzimizin açılışını etdik. “Bakcell”in baş ofisi uzun illər Sahil metrosunun yaxınlığında yerləşib və müştərilərimiz də buna alışıblar. İndi biz öz tarixi ofisimizə qayıtmışıq. Müştərilərimizə daha keyfiyyətli xidmət göstərmək üçün var qüvvəmizlə çalışırıq” “Bakcell”in Satış üzrə Baş Direktoru Fedja Hadzic tədbir iştirakçılarına yeni “Alov” smartfonu barədə məlumat verib:

“ Yenicə istifadəyə verilmiş “Alov” smartfonları bu gün Azərbaycan bazarında olan ən yaxşı smartfondur. Smartfonun qiyməti də müştərilər üçün sərfəlidir. “Bakcell” “Daha yaxın olaq” fəlsəfəsinə sadiq qalaraq müştərilərinə ən keyfiyyətli xidməti göstərməyə çalışır”.


Rüfanə GÜNƏŞ

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı