Modern.az

Girov Dilqəm Əsgərovun oğlu: “Atamı görəndə tanımadım, özünə oxşamır”

Girov Dilqəm Əsgərovun oğlu: “Atamı görəndə tanımadım, özünə oxşamır”

Education

28 Oktyabr 2014, 11:41

“Atamı görəndə çox təsirləndim. Əlim çatmır, neyləyə bilərəm. Amma görünən odur ki, hər iki girovun vəziyyəti heç də yaxşı deyil. Nə Qızıl Xaç Komitəsi, nə də başqa təşkilatlar bu məhkəmə, onların aqibətinin necə olacağı ilə bağlı bir söz deyir, hamı susur”.

Bunu Modern.az saytına erməni girovluğunda olan kəlbəcərli Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

O, bildirib ki, atasını görəndə tanımayıb. “Ailədə atamla birlikdə altı nəfərik. O, çox dəyişib, arıqlayıb, özünə oxşamır.”.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev bu il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Ermənilərin təxribatçı adlandırdığı azərbaycanlılar bir neçə maddə ilə ittiham olunurlar. Dünən Azərbaycanın işğal altındakı Xankəndi şəhərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın 1-ci instansiya məhkəməsində kəlbəcərli girovların məhkəmə prosesi baş tutub. “Proses” davam etdiriləcək...


Dilqəm Əsgərov

Şahbaz Quliyev

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı