Modern.az

İtaliya səfiri Tərcümə Mərkəzinə nə səbəbə gedib?

İtaliya səfiri Tərcümə Mərkəzinə nə səbəbə gedib?

Education

28 Oktyabr 2014, 17:58


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ciampaolo Kutillonu qəbul edib.

Modern.az Mərkəzin rəsmi  aztc.gov.az saytına istinadən xəbər verir ki, görüşdə İtaliya səfirliyi ilə Tərcümə Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı həmçinin Mərkəzin 4-7 dekabr tarixində İtaliyanın Roma şəhərində keçiriləcək Beynəlxalq Kitab Sərgisində iştirakı ilə bağlı məsələlər, habelə, İtalia ədəbiyyatının Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatınınsa italiyan dilinə çevrilməsi və tanıdılması istiqaməti üzrə təkliflər də diqqətə çatdırılıb.  

Elmin NURİ

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı