Modern.az

Nemtsovun qətlinin sifarişçisi xaricdə axtarılır

Nemtsovun qətlinin sifarişçisi xaricdə axtarılır

Education

13 Mart 2015, 21:56


İstintaq Rusiyanın ən tanınmış müxalif siyasətçisi Boris Nemtsovun öldürülməsi işi ilə bağlı prioritet versiyaları müəyyənləşdirib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə situasiya ilə bağlı mənbə məlumat verib. Həmin mənbənin sözlərinə görə, bu gün bütün mümkün versiyalar ətrafında araşdırma gedir, ən əsas versiya isə ölkədə vəziyyəti gərginləşdirmək və hakimiyyəti nüfuzdan salmaqdır.

Mənbənin sözlərinə görə, istintaq bu versiyanın reallığa daha yaxın olduğunu sübut edə biləcək çoxsaylı materiallar toplayıb: “Artıq heç bir şübhə yoxdur ki, qətl sifariş xarakterlidir, sifarişçilərin izi isə xaricə gedib çıxır”.

Mənbə yaxın zamanda bu iş üzrə yeni həbslərin ola biləcəyini də istisna etməyib: “İcraçılar Nemtsovun qətlinin sifarişçisinin kimliyini bilmədə bilərdilər”.

Fevralın 27-də gecə saatlarında Moskvanın mərkəzində baş verən bu qətlə görə 5 nəfər – Zaur Dadaev, Şaqid və Anzor Qubaşevlər, Tamerlan Eskerxanov və Xamzat Baxayev həbs olunublar. İlkin olaraq Dadayevin qətlin təşkilatçısı və icraçısı olduğu güman edilir. Bu işdə təqsirli hesab olunan 6-cı şəxs – Beslan Şavanov Qroznıda saxlanılan zaman özünü qumbara ilə partladıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı