Modern.az

Sadə insanlara arxalanan namizəd... ®

Sadə insanlara arxalanan namizəd...   ®

تحصیلات

30 Oktyabr 2010, 12:53

“Aydın, oğlum, casərətli ol. Heç nədən çəkinmə. Çünki biz, sadə insanlar, sənin arxanda sipər kimi dayanmışıq”, - 37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən Milli Məclisə namizəd olan Aydın Abbasovla görüşdə bir ağsaqqalın səsləndirdiyi bu qısa, lakin son dərəcə mənalı sözlər namizədin bütün görüşlərinin məğzidini təşkil edir desək, yanılmarıq.  

Elə Gəncənin Şəddadilər küçəsində açıq havada olan görüşdə bu qəbildən oldu. Aydın Abbasovu sürəkli alqışlarla qarşılayan yerli sakinlər öz çıxışlarında namizədə olan dərin hörmət, sevqi və son dərəcə böyük inamlarını səmimi sözlərlə ifadə etdilər. “Bizim etimadımızı doğruldan, qayğısıını əsirgəməyən, səsimimizi ucaldan millət vəkilidir Aydın Abbasov”, - bu qısa lakin dərin mənalı sözlər burada söylənən fikirlərin yalnız kiçik bir qismidir.  

Həqiqətən, görüşlər zamanı Aydın Abbasov harada olursa orada səmimi sözlərin, sadə insanların ona olan isti münasibətinin şahidi oluruq. Gənciləlilərin sözü ilə desək: “Aydının özü də bu görüşlərdə çox inamlı və cəsarətli görünür. Çünki, o, sadə insanların, əksər seçicilərin onun arxasında sipər kimi dayandığını bilir. Çünki, Aydın Abbasov bir dəfə qəbul etdiyi həyat prinsiplərinə sadiqdir. Çünki, Aydın Abbasov dövlətimizin, xalğımızın və Gəncəmizin layiqli övladı və sözün əasl mənasında vətəndaşı və millət vəkilidir”.     

 

 

 


Seçki qərargahı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı