Bu gün - dekabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək.
Modern.az xəbər verir ki, qeyri-formal sammitə Rusiya prezidenti Vladimir Putin sədrlik edəcək.
MDB dövlət başçılarının qeyri-formal sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyuanın növbədi təfə görüşə biləcəyi ehtimalı var. Ehtimal olunur ki, Azərbaycan və Ermənistan liderləri Rusiya prezidenti Putinin vasitəçiliyilə müzakirə apara bilərlər.
Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə bu sammit çərçivəsində Prezident İlham Əliyevlə qeyri-rəsmi görüş keçirmək niyyətində olduğunu bildirmişdi.
“Mən bu görüşə gedəcəm. Hələlik İlham Əliyevlə ikitərəfli görüşdən söhbət getmir, lakin qeyri-rəsmi görüşün baş tutacağı ehtimalı var",-deyə Paşinyan Facebook-da yazmışdı.
Xatırladaq ki, 1991-ci ildə yaradılan MDB-yə Rusiya, Qazaxıstan, Belarus, Azərbaycan, Ermənistan, Qırğız Respublikası, Moldova, Tacikistan və Özbəkistan daxildir.