Modern.az

“Sərhədlərin delimitasiyası prioritet vəzifədir” – Rusiya XİN

“Sərhədlərin delimitasiyası prioritet vəzifədir” – Rusiya XİN

Aktual

21 Yanvar 2022, 13:04

“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası bu günün prioritet vəzifələridir”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

 

“Biz Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsi zərurətindən çıxış edirik. Bu il Azərbaycanla və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur.  Ölkələrin hər biri ilə yubiley tədbirləri hazırlayırıq. Nəzərə alsaq ki, bir sıra tədbirlər mədəni və maarifləndirici xarakterli olacaq, onların həm də ictimaiyyət üçün maraqlı olacağını hesab edirik”,- məlumatda deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı