Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, qəza Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, "Gülüstan yolu" deyilən ərazidə avtomobil yolu keçən 1997-ci il təvəllüdlü Süleymanlı Hafiz İlham oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır. ("Report")