Modern.az

20 gün əvvəl itkin düşən gənc tapıldı

20 gün əvvəl itkin düşən gənc tapıldı

Aktual

11 Fevral 2022, 10:18

Zaqatala rayonunda 20 gün əvvəl itkin düşən gənc tapılıb.

 

Modern.az-ın məlumatına görə, itkin düşən Zaqatala şəhər sakini, 2000-ci il təvəllüdlü Qurban Telman oğlu Mahmudov tapılaraq ailəsinə təhvil verilib.

 

Qurban Mahmudovun tapılması faktı DİN-nin Mətbuat Xidmətinin Şəki Regional qrupunun rəhbərliyi tərəfindən təsdiqlənib. Məlumatda bildirilir ki, keçirilmiş tədbir nəticəsində Qurban Mahmudov fevralın 10-u Bakı şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.

 

Qeyd edək ki, 22 yaşlı Qurban Mahmudov yanvarın 21-i yaşadı ünvandan çıxıb geri qayıtmamışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı