Modern.az

Putin-Makron danışığının təfərrüatı - YENİLƏNİB

Putin-Makron danışığının təfərrüatı - YENİLƏNİB

Актуально

20 Fevral 2022, 18:35

Rusiya Prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makron arasında telefon danışığı başa çatıb.

 

Modern.az xəbər verir ki, liderlərin söhbəti 1 saat 45 dəqiqə davam edib. 

 

Məlumata görə, Rusiya və Fransa prezidentləri Ukrayna ətrafındakı vəziyyətin diplomatik həlli yollarının axtarışını aktivləşdirməyi müzakirə ediblər.

 

Putin Makronla söhbətində Donbassdakı təmas xəttində vəziyyətin kəskin şəkildə pisləşməsindən narahatlığını ifadə edib. O bildirib ki, ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanəti tələblərinə konkret və əsaslı şəkildə cavab verməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı