Modern.az

El-Klasikonun vaxtı məlum oldu

El-Klasikonun vaxtı məlum oldu

Aktual

23 Fevral 2022, 22:42

İspaniyanın "Real Madrid" və "Barselona" komandaları arasında keçiriləcək növbəti El-Klasikonun vaxtı açıqlanıb.

 

Modern.az xəbər verir ki, əzəli rəqiblər martın 20-də üz-üzə gələcək.

 

Madriddə "Santyaqo Bernabeu" stadionunda təşkil olunacaq qarşılaşma XXIX tura təsadüf edəcək.

 

İki komanda arasında cari mövsümün ilk hissəsində baş tutmuş görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, 25 turdan sonra "Real Madrid" 57 xalla turnir cədvəlinə başçılıq edir. 24 oyun keçirmiş "Barselona" isə 42 xalla dördüncüdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı