“Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər» mövzusunda bu gün keçirilən II Vergi Forumu öz işinə başlayıb. Modern.az-ın verdiyi xəbərə əsasən, forumda çıxış edən millət vəkili Ziyad Səmədzadə bildirib ki, 2013-cü ilin proqnozlarına görə, qeyri-neft sektorundan gələn gəlirlər artaraq 60% təşkil edəcək. Halbuki hazırda bu 40 %-a yaxınlaşıb.
Deputat qeyd edib ki, ümumiyyətlə qeyri-neft sektorunun inkişafında hər il 73% vergi tutumu baş verirdi. Amma qeyri-neft sektorunun bu dərəcədə inkişafı hər il ondan gələn gəlir ümumdaxil məhsuldan gələn gəlirləri ötəcək.Gültəkin ƏLƏSGƏR