Modern.az

Şəhidimizin övladları ilə SON GÖRÜŞÜ...

Şəhidimizin övladları ilə SON GÖRÜŞÜ...

مورد توجه

14 Sentyabr 2022, 23:06

Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-də Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatlar nəticəsində şəhidlik zirvəsinə ucalan hərbçilərimizdən biri Rüstəmov Elnur Faid oğludur. Xaçmaz rayonunun Əbilyataq kəndindən olan 33 yaşlı şəhidimiz 10 ildən çox idi ki, Azərbaycan Ordusunda xidmət edirdi. 

 

Modern.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində də igidlik göstərən E.Rüstəmov Füzuli, Zəngilan və Kəlbəcərin azad olunmasına görə, "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdu.

 

Xüsusi Təyinatlı Qüvvələrin baş giziri E.Rüstəmov ailəli idi. Onun 8, 3 və 1 yaşlı üç oğlu yadigar qalıb. Şəhidimizin qardaşı da hazırda ordu sıralarında hərbçi kimi vətənə xidmət edir.

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman hərbçimiz bu gün doğma kəndində torpağa tapşırılıb. Şəhidimizin övladları onunla vidalaşaraq, atalarını son mənzilə yola salıblar.

 

Elmar Hüseynov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı