Modern.az

AKP Binəli Yıldırımla bağlı məlumat YAYDI

AKP Binəli Yıldırımla bağlı məlumat YAYDI

Aktual

21 Oktyabr 2022, 08:01

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Qarabağda qəzaya düşən partiyanın sədr müavini Binəli Yıldırım və deputat Şamil Ayrımın səhhəti ilə bağlı açıqlama verib.

 

Modern.az xəbər verir ki, o, hər iki şəxsin səhhətinin qənaətbəxş olduğunu bildirib.

 

“Həyati təhlükələri yoxdur, vəziyyətləri yaxşıdır. Ciddi narahatlıq yoxdur. Bu gün nəzarətdə olacaqlar, sabah isə köçürülmələri gözlənilir”, - deyə Çelik bildirib.

 

Qeyd edək ki, Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanı yolunda qəzaya düşüblər. Hadisədən sonra hər üç şəxs helikopterlə Bakıya gətirilib. Onlar profilaktika məqsədilə xəstəxanaya yerləşdiriliblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı