“Qazprom Ermənistan” şirkəti hökumətə qaz tariflərinin yenidən nəzərdən keçirilməsi ilə bağlı məlumat təqdim edib.
Modern.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti hökumət dairələrindəki mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, hazırda qazın qiymətinin artırılması ssenarisi müzakirə edilir.
Qəzetin mənbəsi iddia edir ki, “Qazprom Ermənistan” şirkəti Rusiyadan bu prosesə başlamaqla bağlı göstəriş alıb.
Xatırladaq ki, ötən gün Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu eyni zamanda İrəvanın bəzi xarici siyasət addımlarını tənqid edib.
O bildirib ki, Rusiya Ermənistana təbii qaz, un, taxıl, gübrə və benzini bazar qiymətindən üç dəfə aşağı qiymətə tədarük edir.