Modern.az

“İranı zor gücü ilə təslim etdirmək yanılmadır” - Pezeşkiandan ABŞ-a mesaj

“İranı zor gücü ilə təslim etdirmək yanılmadır” - Pezeşkiandan ABŞ-a mesaj

Dünya

Bu gün, 11:22

“İran hər zaman bütün öhdəliklərinə sadiq qalıb və müharibənin qarşısını almaq üçün bütün yolları sınayıb”.

Modern.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian X sosial media platformasında bildirib.

O qeyd edib: “İranın qarşısında bütün yollar açıqdır. İranı zor gücü ilə təslim olmağa məcbur etmək sadəcə bir yanılmadır”.

O həmçinin vurğulayıb ki, qarşılıqlı hörmətə əsaslanan diplomatiya müharibə ilə müqayisədə daha az xərc tələb edir, daha məntiqli və daha qalıcıdır. Pezeşkian əlavə edib ki, İran uzun illərdir bu yanaşmanın əhəmiyyətinə diqqət çəkir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı