ABŞ-ın cənub-şərqində "Metyu" qasırğasından ölənlərin sayı artır. Modern.az saytı xəbər verir ki, son məlumatlara görə, təbii fəlakət qurbanlarının sayı 38 nəfərə çatıb. Qasırğanın sonuncu qurbanları Şimali Karolina sakinləridir. Burda təbii fəlakətdən 19 nəfər həyatını itirib.
Qeyd edək ki, "Metyu" qasırğası Atlantik okeanında 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğadır. Qasırğa Haitidə 1000-ə yaxın insanın həyatına son qoyub.
Modern.az