Modern.az

Polis rəisi olmaq istəyən 60 nəfər TQDK-nın imtahanından kəsildi

Polis rəisi olmaq istəyən 60 nəfər TQDK-nın imtahanından kəsildi

کشور

12 Mart 2011, 20:17

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daxili işlər orqanlarının orta  rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə martın 12-də keçirilən test imtahanının nəticələrini açıqlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə,  2011-ci il martın 12-də daxili işlər orqanlarında vakant orta  rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.

Nəticələr artıq TQDK-nın internet səhifəsində yerləşdirilib. Hər bir namizədin imtahan nəticələrinə dair məlumat vərəqi Daxili İşlər  Nazirliyinə təqdim olunub.

Müsabiqədə iştirak etmək üçün 108 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan hamısı imtahanda iştirak edib. Namizədlərdən 48 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb. İmtahanda ən yüksək nəticə 86 bal olub. (Nəticələr bu linkdə - //www.tqdk.gov.az/din2011.htm)

Qeyd edək ki, müsabiqənin yekun mərhələsi - müsahibə Daxili İşlər Nazirliyi tərəfindən aparılacaq.

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı