Modern.az

3 məktəb direktoru vəzifələrindən azad edildi

3 məktəb direktoru vəzifələrindən azad edildi

Ölkə

14 May 2011, 17:44

Gəncə şəhər Təhsil İdarəsinin direktor müavini İsmayıl İsmayılovun Modern.az saytına verdiyi məlumata görə, 50 ildən çox Gəncə şəhər 1 saylı orta məktəbin direktoru vəzifəsində çalışan, yaşı 80-dən yuxarı olan Nüsəddin Məmmədov, yaşı 70-ə yaxın olan şəhər 14 saylı orta məktəbin direktoru Tamara Xəlilova və yaşı 70-dən yuxarı olan 1 saylı futbol təmayüllü internat tipli gimnaziyanın direktoru Ələddin Bağırov vəzifələrindən azad ediliblər.
İ.İsmayılov onu da bildirib ki, həmin pedaqoqların yaş məhdudiyyətinə görə öz razılıqları əsasında işdən çıxarılıb. İ.İsmayılov sözügedən məktəblərə hələ ki, yeni direktorların təyin edilmədiyini də söyləyib. Onun sözlərinə görə, xeyli vaxtdır direktor yeri vakant qalan iki məktəbə isə yeni rəhbərlər təyin edilib. Belə ki, Gəncə şəhər 19 saylı orta məktəbə öncə Gəncə şəhər Gənclər və İdman İdarəsində rəis müavini işləyən Elçin Alıyev və 10 saylı orta məktəbin direktoru vəzifəsinə isə 26 saylı orta məktəbdə direktor müavini işləyən Mahmud Mahmudzadə təyin edilib.


Xaliq Qurbanov
Gəncə
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı