Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında 2011-2012-ci tədris ili üzrə ali məktəblərə 31 min 519 plan yerinin nəzərdə tutulduğunu açılqayıb.
Ümumi plan yerindən I qrup üzrə 9848 yer, II qrup üzrə 8988, III qrup üzrə 8839, IV qrup üzrə 3844 yer nəzərdə tutulub.
Ali məktbələrə dövlət sifarişli yerlərin sayı isə 10 min 616-dır. Bunlardan da I qrupa 4136, II qrupa 2345, III qrupa 2642, IV qrupa 1493 yer nəzərdə tutulub.
Dövlət ali məktəblərinə 26 min 484, özəl ali məktəblər isə 5 min 35 plan yeri ayrılıb.
Dövlət ali məktəblərinə ümumi plan yerindən I qrup üzrə 9 min 127, II qrup üzrə 6586, III qrup üzrə 7136, IV qrup üzrə isə 3635 yer nəzərdə tutulub.
Özəl ali məktəblər isə ümumi plan yerindən I qrupa 721, II qrupa 2402, III qrupa 1703, IV qrupa 209 yer ayrılıb.
Aytən Əliyeva