Modern.az

Yuxu

Yuxu

کشور

7 Oktyabr 2011, 10:28

079-cu qrupun tələbələri dərsdən sonra danışmamış gedə bilmədilər. Əvvəl Arif sözə başladı: “Məşədi Əzizbəyov”da qapılar açılanda mənim də gözlərim açılı halda qalmış, az qalsın hədəqəsindən çıxacaqdı. Vaqonda adamların sayı az idi. Çaşıb qaldım. Dedim bəlkə gec yatdığımdan gözümə görünür. Siz inanmayacaqsız, “Elmlər”ə qədər normal gəldik”.

Səbinə onun sözünə kəsdi: “Mən gəldiyim avtobus da elə idi”.
Eldar: “Əsas məsələdən xəbəriniz yoxdur. Dünən televizorda eşitdim. Təqaüdlərimizi qaldırıblar, bundan başqa, teatr, kinoteatr və muzeylərə biletin, kitabların qiyməti tələbələr üçün güzəştli olacaq”.
Zərifə: “Kitab demişkən, kitabxanaya getmisiniz?”. Uşaqlarlardan bir neçəsi: “Ora getmək olur ki? Adam əlindən tərpənmək olmur. Kitabların da çoxu yoxdur”.
Zərifə: “Yanılırsınız, indi hər korpusun öz kitabxanası var. Hər fakültəyə aid kitablar da öz yerində”.
Aygün Kəmaləyə müraciətlə: “Sən nə əcəb bu vaxtadək evə getməmisən. Axı kursun var idi”. Kəmalə: “Daha əlavə kursa getməyə ehtiyac olmayacaq. Bizə indi hər hansı dili keçəndə onu mükəmməl öyrədəcəklər. Biz də qiymət xatirinə yox, dərsdə sərf olunan vaxtımızı qiymətləndirdiyimiz üçün oxuyacağıq”.
Azər: “Siz nə danışırsınız? Hamınızın başına birdən hava gəlib? Eşitmədiniz Xumar müəllimə nə dedi, müəllimə hörmət tələbənin borcudur. Başa düşürsünüz də?”.
Qədir: “Yox, indi daha hörmət dedikdə rüşvət nəzərdə tutulmur. Söhbət həqiqi hörmətdən gedir”. Rəşad: “Smestr imtahanları da testlə keçirələcək. Hamımızı bir müəllim yoxlayacaq ki, onun da adı kompüterdir”. 
Kamil: “Hər şeyə inanaram. Amma desəz ki, mühazirə yazmayacağıq, bax buna inanmaram”. Jalə: “İnan, Kamil, inan, dərslər indi kompüterin köməyilə keçirələcək, müəllimlər maraqlı danışacaq, uşaqlar da qulaq asacaq. Heç kim dərsdə yatmayacaq. Yatmaq istəyənlər onlar üçün yeni təmir olunmuş tələbə yataqxanasında yata bilərlər”.

Hamı bir-birinə təzə, sevincli xəbərləri çatdırırdı. Birdən Ulduzun səsi danışanların diqqətini özünə tərəf çəkdi. Qrupda ən azyaşlı tələbə olan Ulduz ağlayırdı.
Arif: “Ulduz, niyə ağlayırsan?”. Ulduz cavab verməyib ağlamağına davam etdi. Kamilə: “Ulduz de də niyə ağlayırsan?”. Ulduzdan yenə də səs çıxmırdı.
Qədir: “Bu qədər şad xəbər var. Sənsə ağlayırsan”.
Nəhayət göz yaşları içində olan Ulduz dilləndi: “Siz sevincdən vaxtı da yaddan çıxarmısız. Bu gün aprelin biridir. Metronun boş olması da, test sistemi də- hamısı, hamısı zarafatdır. Sabahdan hər şey əvvəlki kimi olacaq”.
Ulduzun sözlərindən sonra ortalığa ümidsiz bir sükut çökdü. Tələbələrdən heç kəs bu zarafata gülmədi.

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı