Modern.az

Səhvdən doğan təəssüf

Səhvdən doğan təəssüf

کشور

27 Yanvar 2012, 12:40

“İnsanın həm bu millətə, həm də o millətə yazığı gəlir. Əslində yazığımız bir millətə gəlir, amma dövlətləri ayrı olduğu üçün sərhədlərini böldüyümüz kimi millətini də parçalamaq zorundayıq. Belə getsə, parçalanmış millətin iki ayrı dövləti kimi, iki ayrı milləti olaraq tarixin yaddaşında yeni səhifələr açacağıq. Müsəlman olmağımız da bizim bir millət olaraq bütünlüyümüzə öz töhfəsini verə bilmir. Çünki, eyni dinə xidmət etsək də fərqli məzhəblərə qulluq edirik. Bu və ya digər səbəblər bizim heç vaxt “bir millət, iki dövlət” prinsipinə sədaqətimizin göstəricisi ola bilməz. Başqa yolumuz yoxdur.  Məsələn İran kimi. Azərbaycanla İranı tarixi bir keçmiş bağlayır. Amma o keçmişdə idi... Bu gün İranın öz, Azərbaycanın da öz maraqları var. Baxmayaraq ki, Arazın o tayında 30 milyon soydaşımız var.” Bu sətirləri təxminən iki-üç il bundan əvvəl – Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı imzalanan məlum protokolun imzalanmasından sonra yazmışdım. Bir az əsəbi halda işlətdiyim bu ifadələrin sərtliyindən sonralar özüm də narahat olmuşdum. 

İki-üç gündür Türkiyə və qismən də Azərbaycan çalxalanır. Hamımız Fransanı ittiham edirik. Amma bu qanunun qəbulunda Ermənistan xarici siyasətinin və diasporunun uğurunu etiraf etmək istəmirik. Bəli, bu gün Fransa Senatının qəbul etdiyi məlum qanun layihəsi Türkiyənin zaman-zaman Ermənistanla yaxınlaşma cəhdlərinin “mükafatdır”. Son 3-4 ildə AKP hökumətinin Ermənistanla sərhədlərinin açılması istiqamətində göstərdiyi çabalar fonunda Fransanın məlum qanunu qəbul etməsi bir daha göstərdi ki, Türkiyə Ermənistanla bağlı xarici siyasətində yol verdiyi səhflərin altını hələ çox çəkəcək. 

Hər zaman bir məsələ məni çox düşündürüb. Biz erməniləri niyə bu qədər zəif, gücsüz, məzlum kimi təsəvvür edirik. Rəsmi Ankara  belə düşünürdü ki, soyqırım iddiaları, ərazi bütövlüyünün tanınmaması kimi məsələlər sonradan həll edilə bilər, bunlar Türkiyəni ciddi şəkildə narahat edəcək həyati məsələlər deyil. Amma bu gün nələr baş verir. 

Türkiyə özünə inamı olan böyük dövlət kimi baxır, Ermənistanla aralarında olan problemlərin də tədricən həllini tapa biləcəyini düşünürdü, Türkiyənin buna görə narahatlıq keçirməsinə və özünü mütləq hansısa addım atmaq məcburiyyəti qarşısında hiss etməsinə ehtiyac olmadığı qənaətində idi.

Və elə bu qənaətlə də Ermənistanla yaxınlaşmaqda davam edirdi. Bir az sonra Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə gözlənilən tarixi dönüş baş verdi. Abdullah Gül 73 illik fasilədən sonra Türkiyə prezidenti kimi ilk dəfə İrəvana səfər etdi. Bu, 1935-ci il 17 iyulda o vaxtkı Baş nazir İsmət İnönünün səfərindən bəri Türkiyə rəhbərinin Ermənistana ilk səfəri idi. O, zaman İnönünün səfərinin necə qarşılandığı barədə heç bir fikrə malik deyilik. Amma açığını etiraf edək ki, A.Gülün səfərindən bir neçə ay əvvəl bütün Türk dünyası onun Ermənistana getməyəcəyi qənaətində idi. Bunun da bir sıra səbəbləri var idi. Bura ermənilərin Türkiyəyə qarşı məlum iddialarını, Azərbaycan-Dağlıq Qarabağ məsələsi və ən nəhayət cənab Gülün hələ millət vəkili olarkən Ermənistan rəhbərliyinin T.Özalın dəfn mərasimində iştirakdan ötrü Türkiyəyə gəlməsinə qarşı etdiyi etiraz çıxışlarını əlavə etmək olar.

Səfər ərəfəsində seyr etdiyim bir çox türk telekanalları və Türkiyə ictimaiyyətinin məsələyə münasibəti kəskin idi. Çıxış edənlər bütünlükdə Gülün Ermənistana səfərinin əleyhinə çıxırdılar. Türkiyədən olan siyasi icmalçılar məsələyə təkcə Azərbaycanın məsələsi mövqeyindən yanaşmırdılar. Onlar müsahibələrində müxtəlif illərdə qətlə yetirilən türk diplomatlarını xatırlayır, Ermənistanın hələ də Türkiyənin ərazi bütövlüyünü tanımamaqda ittiham edir və ən nəhayət “erməni soyqırımı” məsələsinin Türkiyənin hər zaman başını ağrıtdığını vurğulayırdılar.

Ərdoğan-Gül hökuməti isə ümid edirdi ki, iki ölkənin milli komandaları arasındakı futbol matçı "ortaq tarixi olan iki xalqın yaxınlaşmasının qarşısını kəsən ünsürlərin aradan qaldırılmasına" və yeni bir zəmin hazırlamasına vasitə olacaq. Nə vaxtdan Türkiyə ilə Ermənistanın ortaq tarixi olub? Digər tərəfdən bu iki xalqın yaxınlaşmasına başlıca əngəl “erməni soyqırımı” məsələsidir. Hansı ki, elə məhz bu məsələyə görə, Ermənistan hökuməti və diasporu Türkiyəni dizə oturdub və oturtmaqda da davam edir.

Nə isə. Hələ o zaman Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yetirməsi Gülün İrəvana səfərini dəstəklədiyini bildirdi. Gülün səfərinə qarşı çıxanlara etirazını bildirən Ərdoğan hər şeydən öncə Ermənistan prezidentinin A.Gülü matça dəvət etdiyini xatırlatdı. Ardınca, “tarixi addımın” strateji analizini verdi: “Abdullah bəyin verəcəyi cavab Türkiyənin beynəlxalq aləmdəki nüfuzuna təsir edəcək. Getməyəcəyi təqdirdə ”Bir idman yarışına belə getmir" deyiləcəkdi. Ermənistanın planı var idisə, Abdullah Gülün İrəvana getməsi bu planı pozdu".

Əvvəla, sayın Ərdoğan Türkiyənin beynəlxalq nüfuzundan danışır. Məgər Türkiyənin beynəlxalq aləmə təsir etmək imkanımı var? Bu mümkünsüzdür. Türkiyə regionda sadəcə ABŞ-ın siyasətini ərəb ölkələrindən fərqli şəkildə yürüdən, öz sözü olmayan bir dövlətdir. Yəni Gül-Ərdoğan hökuməti Türkiyəni bu dərəcədə zəiflədib, zəlil günə salıblar. Türkiyə isə bütün baş verənlərə seyrçi gözü ilə baxmağı xoşlayır. Qorxur ki, Avropa Birliyi yolunda ABŞ onun üçün xristian dövlətlərindən ibarət barrikada qursun. Qurur da. Türkiyə artıq Amerikaya olan sədaqətinin “əvəzini” ala bilmir. Rəsmi Ankara daha Ağ Evdən gələn boş vədlərə inanmaq istəmir. Bu gün xristian toplumu vahid mövqedən çıxış edərək müsəlman dövlətlərinə qarşı “səlib yürüşü”nə çıxıb. Müsəlman dövlətləri isə həmrəylik nümayiş etdirmək əvəzinə Qərbə yarınmaqda davam edirlər.

İmdad dilədiyimiz Fransa deyilmi? Bu ölkənin prezidenti qulağımızın dibində bizləri - yəni türk qardaşlarımızı soyqırım aktında ittiham edir. Beləliklə, Ermənistanı dəstəkləyərək rəsmi Yerevanda xristian həmrəyliyi nümayiş etdirir. Hətta Türkiyəni heç vaxt baş verməyən soyqırım aktında ittiham edərək Ankaranı bu olayı tanımağa çağırır. Hətta bəyan edir ki, dövlətlər belə-belə şeyi qəbul edə-edə inkişaf edirlər. Yaxşı, belədirsə onda qoy mən də hamının dediyini deyim: Fransa Əlcəzairdə qətlə yetirdiyi 650 min insanın taleyinə niyə biganə yanaşır.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı