Modern.az

Hacıbaba Əzimov: “Hər il prezidentə məktub yazıram ki...”

Hacıbaba Əzimov: “Hər il prezidentə məktub yazıram ki...”

کشور

17 Oktyabr 2012, 13:29

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində 18 oktyabr Milli Müstəqillik günü ilə əlaqədar istiqlalçı deputatların yığıncağı olub. Modern.az xəbər verir ki, tədbir zamanı Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov  çıxış edib.
“Azərbaycan xalqı ağır və şərəfli yol keçib. 18 oktyabr bayram günündə ancaq xoş sözlər demək olar. Amma biz məcburuq ki, bəzi neqativ halları da yada salaq. Son vaxtlar gözdən salınan bəzi məsələlər var. 2006-cı ildə Hadı Rəcəbli təklif elədi ki, 18 oktyabr Müstəqillik günü kimi qeyd olunmasın. Amma bəzi deputatlar Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Pənah Hüseyn və digər bir neçə deputat buna etiraz etdi. Təəssüf ki, Milli Məclisdə məddahlıq edənlərin əksəriyyəti antimilli qərara tərəfdar çıxdılar. Hər bir ölkənin əsas bayramı müstəqillik günüdür. Amma onlar 18 oktyabr bayram gününü adi günə çevirdilər. Buna etiraz olaraq, hər il prezident İlham Əliyevə məktub yazıram. Amma bu məsələ öz həllini tapmır. Biz Azərbaycan xalqının haqqını geri qaytaracağıq”, – deyə H. Əzimov qeyd edib.

Xatırladaq ki, XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər.

Modern.az-ın məlumatına görə, 1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub.
Amma 2006-cı ilin dekabrında Milli Məclidə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş günü münasibətilə verilən istirahət ləğv edilib. Həmin günlər iş günü sayılır.


Anar Kəlbiyev  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı