
Rusiyanın Şimali Osetiya Respublikasının Mozdok rayonunun Vesyoloye kəndində İkinci Cahan müharibəsində həlak olmuş 8 azərbaycanlının məzarı tapılıb. Modern.az bildirir ki, bu barədə Mozdok şəhərindəki Azərbaycan Cəmiyyətinin üzvü Roza Cabbarova məlumat verib. Dekabrın 22-də Vesyoloye kəndində həmin soydaşlarımızın şərəfinə abidə ucaldılacaq. Tədbirin təşkilatçıları müharibə qurbanlarının qohumlarını abidənin açılışına dəvət ediblər. 1942-ci ildə sovet ordusunun Mozdok uğrunda alman faşistlərinə qarşı apardığı ağır döyüşlərdə qurban getmiş həmin azərbaycanlılar aşağıdakılardır (təəssüf ki, bəzilərinin ad, yaxud atalarının adları göstərilməyib):
1) Abdullayev Bəşir Ələkbər oğlu- 1921 (anadan olduğu il)
2) Baxşəliyev Baxşəli ? - 1923
3) Qənbərov Məmməd Hüseyn oğlu – 1921
4) Kərimov Allahverdi ? – 1916
5) Mustafayev ? Mustafa oğlu -1914
6) Sadıqov Əlibala Məmməd oğlu - 1920
7) Məmmədov Fərhad Mustafa oğlu - 1903
8) Xasıyev Əliməşədi Məhəmməd oğlu – 1898
Bu soydaşlarımızın əzizləri yaxud qohumlarından aşağıdakı nömrəyə zəng etmələri xahiş olunur:
0513470537
Sultan Laçın