Modern.az

Krımla bağlı razılıq əldə edilmədi

Krımla bağlı razılıq əldə edilmədi

تحصیلات

14 Mart 2014, 21:41

Londonda ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Ukraynadakı vəziyyətlə bağlı keçirilən görüş başa çatıb.

Modern.az saytının anspress.com-a istinadən verdiyi xəbərə görə, 5 saat davam edən görüşdə Ukrayna məsələsi ilə bağlı razılıq əldə olunmayıb. Sergey Lavrov bəyan edib ki, Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı fikir ayrılığı qalmaqdadır

Krımda keçiriləcək referenduma gəlincə, Sergey Lavrov Rusiyanın Krım xalqının seçiminə hörmətlə yanaşacağını bildirib. O, həmçinin qeyd edib ki, rəsmi Moskva Ukrayna məsələsinin həlli ilə bağlı qərb ölkələrinə təkliflərini göndərib.  

Lavrov Ukraynada konstitusiya islahatının keçirilməsinin, Kiyevin Moskva ilə birbaşa danışıqlar aparmasının vacibliyini də qeyd edib. Nazirin sözlərinə görə, danışıqlar zamanı Kerri Rusiyanı sanksiyalarla hədələməyib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı