Modern.az

Türkiyə seçim qarşısında

Türkiyə seçim qarşısında

Təhsil

14 Mart 2014, 22:48

Ya Ərdoğanla superdövlətə doğru, ya da Gülənlə geriliyə

Türkiyə martın 30-da daha bir imtahan verəcək. Xarici güclər tərəfindən aşkar dəstəklənən siyasi qüvvələr Türkiyəni yenidən xaosa soxmağa cəhd edirlər. Ötən il Gəzi Parkı olayları zamanı dış güclər, onların içəridəki uzantıları:kommunistlər, islam düşməni ələvilər hakim AKP-nin zor yolu ilə devirməyə çalışdılar. Hadisələr zamanı 10 il Türkiyədə təkbaşına hakimiyyət sürmüş AKP lideri Rəcəb Tayyib Ərdoğanın nüfuzuna zərbə dəydi. Ancaq 25 milyonun səsini almış AKP sarsılmadı, hakimiyyəti təhvil vermədi. Hadisənin icraçıları bəlli güclər olduğundan Ərdoğan onlara qalib gəlməkdə çətinlik çəkmədi.  Türkiyə xalqı siyasi islama, modern islama səs verib, bu gün də səsinin arxasındadır. Modern islamçı partiyaya qarşı çıxan güclər SSRİ-nin çöküşündən sonra xeyli zəifləmiş solçu-kommunistlər, tarixən islama düşmən kəsildikləri üçün, haqq dini İslamı təhrif etdikləri üçün azlıqda qalmış ələvilər idi. Onlar ittifaq halında belə AKP-yə qalib gəlmək iqtidarında deyillər. Ərdoğanı devirmək üçün islamçı cameənin parçalanması şərt idi.  Ötən ilin dekabrında başlanmış “yolsuzluq əməliyyatları” ilə dış güclər buna nail oldular. Gülən camaatı AKP-yə düşmən kəsildi. İndi Türkiyədəki modern islamın dşümənlərinin gücünə güc qatılıb. Martın 30-da keçiriləcək bələdiyyə seçkilərində onlar növbəti dəfə Türkiyəyə zərbə vura bilərlər.

 Martın 11-də Gəzi Parkı hadisələri zamanı yaralanmış (ələvi-kommunist-kürd təbliğatı onu “çörək almağa gedən məsum cocuq” kimi təqdim etsə də, şəkillərdən aydın olur ki, adam üsyançı imiş) Berkin Elvanın dəfn mərasimi keçirilib. Gəzi qiyamçıları hadisədən sui-istifadə edərək aksiya keçirməyə, Türkiyəni yenidən qarışdırmağa cəhd ediblər. Gəzi qiyamçılarının niyyəti aydındır. Türkiyəni yenidən xaosa sürükləmək, AKP-ni qanunsuz yolla devirmək. Maraqlıdır ki, Kiyevdə, Krımda avtoritar rejimlə, onun əsas dayağı Rusiya ilə savaşan Ukrayna müxalifətini dəstəkləyən Qərb Türkiyədə fərqli mövqe sərgiləyir. Qərb, Avropa son 10 ildə bölgə lideri halına gəlmiş  Türkiyənin daha da güclənməsini istəmir. Bu üzdən onlar Ərdoğanın timsalında güclü Türkiyənin yıxılmasını, yolundan sapmasını istəyirlər.  Qərbin Misirdə, Türkiyədə oynadığı ikibaşlı oyun, yeritdiyi ikiüzlü siyasətin tək nədəni budur-modern islamın hakim olduğu güclü dövlətlərin yaranmaması.


Türkiyə sözün həqiqi mənasında yol ayrıcındadır. Ya Ərdoğanla superTürkiyə qurmaq yoluna davam, ya da Fətullah Gülənlə modern islam ölkəsini geriliyə, qaramata doğru. 10 illik hakimiyyəti dövründə Ərdoğan iki “dərin  dövlət”lə üz-üzə qalıb. Birincini məğlub etməyi bacarmış Ərdoğanın qarşısında daha təhlükəli düşmən-dövlət qurumlarında yerləşmiş Gülən camaatı var. Ərdoğanla Fətullah Gülənin müqayisəsi yersizdir. Baş nazirin üstünlüyü aşkar ortadadır. Ərdoğan kütləni inandırmağı bacaran xarizmatik liderdi. Uğurlarını ustalıqla təbliğ edən Ərdoğan türk xalqına bu uğurların dadını da hiss etdirib. İşin təhlükəli tərəfi odur ki, Gülən camaatı AKP-nin 10 illik uğurlarına şərik olmaq istəyir. Ən qəribəsi də odur ki, sünni-nurçu təriqətinin başçısı Gülən ələvi-solçu partiyaları ilə ittifaqdadır. Amma bu faktor həm də Gülən camaatının zəif yeridir. Usta siyasətçi Ərdoğan artıq bu zəif yerə ilk zərbəsini vurub. Gülən camaatını islam düşməni ələvilərə bənzətməklə Türkiyədə çoxluq olan sünni-hənəfilərin gözündən salmağa çalışıb. Seçkiyə qədər camaat-ələvi-solçu ittifaqı dağıla bilməz. Dağılmasa belə, bu ittifaq çoxluğun səsini ala bilməyəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı