
Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Gəncə şəhərində evləri və həyətləri su basıb. Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 22 aprel tarixində Gəncə şəhəri ərazisində hava şəraiti kəskin dəyişmiş, leysan xarakterli yağış yağıb. Nəticədə, bir çox fərdi yaşayış evlərinin və inzibati obyektlərin həyətlərini və zirzəmilərini su basıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin müvafiq qüvvə və texnikası yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür.
Modern.az