Modern.az

Temperatur 40 dərəcəyədək yüksələcək

Temperatur 40 dərəcəyədək yüksələcək

Təhsil

26 Avqust 2014, 13:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən xəbərə görə,  avqustun 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı