Modern.az

Bakcell şirkəti “BakuTel 2014” sərgisində - FOTOLAR

Bakcell şirkəti “BakuTel 2014” sərgisində - FOTOLAR

تحصیلات

2 Dekabr 2014, 18:09

Bu gün Bakıda «Bakutel-2014» 20-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgi və konfransı başlayıb.

Modern.az xəbər verir ki, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “BakuTel 2014” sərgisindəki stendində ən son mobil texnologiyaları, ən son texnologiyaya əsaslanan əyləncəni, eyni zamanda ölkədə gənclərin, futbolun və regionların inkişafına göstərdiyi dəstəyi nümayiş etdirib.  

Sərgi çərçivəsində Bakcell stendinin ziyarətçilərinəLTE–A texnologiyası, Azərbaycanda ilk dəfə olaraq “virtual supermarket”, “Bakcell” brendli ALOV və İLK smartfonlarının üstünlükləri, mobil tətbiqetmələrin inkişafına yönəlmiş “Applab” guşəsi və s. təqdim olunub. Sərgi iştirakçıları bu dəfə də Bakcell-in tam spektrli LTE xidməti ilə 4G texnologiyasının inteqrasiyasındakı uğurları ilə tanış olub, eyni zamanda 4G texnologiyasını mobil cihazlarda, smartfon və planşetlərdə istifadə etmək imkanı qazanıblar.   Stendin ziyarətçiləri Bakcell-in qısa müddət öncə yerli bazara təqdim etdiyi və yeni nəsil smartfon istifadəçilərinin bütün tələblərinə cavab verənALOV və İLK smartfonlarını sınaqdan keçirəcək, onun texniki xüsusiyyətləri ilə daha yaxından tanış olublar.    

Şirkət öz ənənəsinə sadiq qalaraq bu il də “BakuTel” sərgisinə yenilik gətirib. Belə ki, “virtual supermarket” adlanan yeni texnologiya Azərbaycanda ilk dəfə olaraq Bakcell tərəfindən yalnız bu sərginin iştirakçıları üçün nümayiş olunub.  Ziyarətçilər artıq  elektron lövhədə göstərilən və “Bakcell”in Ulduzum sadiqlik proqramının partnyorları tərəfindən təqdim olunan müxtəlif malları SMS və ya QR kod göndərməklə böyük endirimlərlə əldə edə biləcəklər.         

Bakcell şirkətinin gələcək nəsil mobil texnologiyalar sahəsində  “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “AppLab” adlı innovativ mobil developer layihəsi də burada təqdim olunub. “AppLab” ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.  

Həmçinin sərgidə şirkətin, Azərbaycanda İKT-nin ve idmanın inkişafına göstərdiyi dəstəyə həsr olunmuş xüsusi guşə olub.  

Sərgidə  dünyanın ən böyük klublarından olan “Mançester Yunayted” futbol klubu və Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası (AFFA) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda futbolun bütün səviyyələrdə inkişafını dəstəkləyən layihələr barədə şəkillər vasitəsilə məlumat verilib,  eyni zamanda gənclərin və texnologiyaların inkişafına xidmət edən layihələrdən danışılıb.     

Xatırladaq ki, Bakcell şirkəti öz fəaliyyətində regionların inkişafına ayrıca diqqət yetirir vəAzərbaycan futbolun inkişafına xidmət edən bir çox layihələr həyata keçirir.    

Qeyd edək ki, builki “Bakutel” sərgisində 40%-i daimi iştirakçı olmaqla, 250-dən artıq şirkət iştirak edir. İştirakçılar arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur markaların distributorları təmsil olunur.

Azərbaycanda müasir mobil texnologiyaların inkişafını və tətbiqini dəstəkləyən Bakcell, günün nəbzini tutaraq müasir mobil proqram təminatlarının inkişafında yaxından iştirak edir, gənc və istedadlı developerlərə öz dəstəyini verir.

Bu məqsədlə Bakcell “Mobile Monday”, “Hackathon”, “Startup Azərbaycan” və “Startup  Weekend” kimi layihələrə dəstək göstərib.  Bu gün isə bu layihələrin məntiqi davamı olaraq Şirkət “AppLab” layihəsini həyata keçirir.

    

Məltəm TALIBZADƏ  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı