Modern.az

Hülusi Kılıç: “Minsk Qrupu öhdəlikləri bir an əvvəl yerinə yetirməli, əks halda ləğv edilməlidir” - AÇIQLAMA

Hülusi Kılıç: “Minsk Qrupu öhdəlikləri bir an əvvəl yerinə yetirməli, əks halda ləğv edilməlidir” - AÇIQLAMA

تحصیلات

26 Fevral 2015, 10:21


Türkiyənin Azərbaycandakı keçmiş səfiri, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizəd olaralaq parlament siçkilərinə qatılan Hulusi Kılıç Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar açıqlama verib.

Modern.az-ın məlumatına görə, H.Kılıç bildirib ki, Xocaklıda türk olduqları üçün qətlə yetirilən 613 nəfər şəhidi rəhmətlə xatırlayır, bu soyqırımını nifrətlə lənətləyir.

“Qətl edilənlər arasında 106 qadın, 63 uşaq və 70 yaşlı vardı. Şəhidlərin və qardaş Azərbaycanın böyük ağrısını paylaşır və bu ağrını bütün təzəliyiylə ürəyimizdə hiss edirik. Günahkarların, qatillərin bir an əvvəl mühakimə olunmalarını gözləyirik. Xocalı qırğını yaxın tarixdə və müasir zamanda gerçəkləşdirilmiş böyük bir insanlıq cinayətidir. Beynəlxaql ictimaiyyətin bu qırğını lənətləməsi və sorğulaması lazımdır. Xanım Leyla Əlieva tərəfindən aparılan “Xocalıya ədalət” kampaniyasını dəstəkləyir və haqq-ədalətin qalib gələcəyini səbirsizliklə gözləyirik”.

Hülusi Kılıç bildirib ki, Xocalı qətliamı nəticə etibarilə bölgədə sülh və sabitliyi təhdid etməkdə və regional inkişafa maneə törətməkdədir .

“Tarixin küllərini qarışdıraraq içində günahkar axtaranların və başqalarına böhtan atanların əvvəlcə öz yaxın tarixlərinə baxmalarını və etdikləri cinayətlərin hesabını vermələrini gözləyirik. Xarici işlər nazirimiz hörmətli Mövlüd Çavuşoğlu dünən başladığı Azərbaycan ziyarətinə bu gün də davam etməkdədir. Onun Azərbaycanı bir azərbaycanlı qədər sevdiyini bilirəm. Azərbaycanın mənfəətlərini hər yerdə Türkiyənin mənfəətləri kimi müdafiə etməkdədir. Bu baxımdan hörmətli nazirin Azərbaycana etdiyi ziyarətin son dərəcə mənalı, yerində  və  zamanlı olduğunu yüksək qiymətləndirirəm. Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı heç kimə qarşı bir duruş olmayıb, bu birlik regional və qlobal barış və əməkdaşlığına bir qatqı olaraq görülməlidir”.

Keçmiş səfir xatırladıb ki, BMT-nin verdiyi 4 qərara baxmayaraq, Azərbaycanın 20 fazi ərazisi hələ də işğalda saxlanılır, 1 milyon azərbaycanlı isə qaçqın durumunda qalır.

“Azərbaycan işğal altındakı torpaqlarını geri alamaq gücünə malikdir. Ancaq Azərbaycan problemin sülh yolu ilə həllini gözləməkdədir. ATƏT-in Minsk Qrupu üzərinə düşən öhdəlikləri tərəfsiz bir şəkildə bir an əvvəl yerinə yetirməli, əks halda bu qurum ləğv edilməlidir. Çünki indiyə qədər keçilən mərhələ zaman itkisindən başqa bir şey deyil. Türk dövləti və xalqı qardaş Azərbaycanın haqlı iddiasını dəstəkləməyə və yanında olmağa davam edəcək”.

Xatırladaq ki, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bir neçə gün öncə Xarici İşlər Nazirliyinin İkitərəfli Siyasi Əlaqələr İdarəsinin müdiri vəzifəsindən istefa verib. Diplomat İyun ayında keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürməsi ilə əlaqədar dövlət işindən ayrılıb.

H. Kılıç əvvəllər Türkiyənin Suriyanın Hələb şəhərində baş konsulu, 2008-2012-ci illərdə Türkiyənin Azərbaycanda səfiri vəzifəsində çalışıb. O, Azərbaycan prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunan ilk türk diplomatıdır. H. Kılıç Rəcəp Tayyip Ərdoğanın baş nazir olduğu dövrdə onun protokol müdiri vəzifəsini də həyata keçirib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı