Modern.az

İntihar edən erməni əsgərin ailəsini aldadırlar

İntihar edən erməni əsgərin ailəsini aldadırlar

تحصیلات

28 Fevral 2015, 22:00

Fevralın 27-də axşam saatlarında Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağdakı hərbi hissələrdən birində özünü güllələyərək intihar edən 19 yaşlı əsgər Albert Safaryan hadisədən əvvəl məktub yazıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, əsgərin ailəsi onun həyatına qəsd etdiyinə inanmır. Atası Emil Safayanın sözlərinə görə, ona hərbi komissarlıqda oğlunun intihar etdiyini və bundan öncə məktub yazdığını bildiriblər: “Oğlumun nə yazdığını mənə göstərmədilər, yalnız məzmunu haqda dedilər ki, özünə qəsd etməsi ailəsindəki problemlərlə bağlıdır. Mən bu versiyaya inanmıram, həqiqətin üzə çıxması üçün hər şeyi edəcəyəm”.

Göründüyü kimi, 19 yaşlı erməni gəncin intihar etməsinin əsl səbəbləri gizlədilir. Bu Ermənistan ordusunda baş verən birinci hadisə deyil, bu həm də hərbçilərin ordudakı dözülməz şəraitə etiraz olaraq öz həyatlarına qəsd etməsi ilə nəticələnən birinci fakt da deyil. Ermənistan hakimiyyəti kimi, ordu rəhbərliyi də xüsusilə Dağlıq Qarabağda zorən xidmətə göndərilən hərbçilərin durumunun ağır olduğunu hər zaman gizlətməklə dolayısı ilə həm də torpaqların işğalını davam etdirmək üçün növbəti şans əldə edir. Albert Safaryanın intiharının gerçək səbəblərini gizlətmək cəhdi isə erməni ordusunda baş alıb gedən dərəbəyliyin üstünü növbəti dəfə ört-basdır cəhdidir. Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı